İqtİsadİyyat

Dollara bir ZƏRBƏ də Avropadan gəldi - Dünya avro ilə ödənişə keçir

Dollara bir ZƏRBƏ də Avropadan gəldi - Dünya avro ilə ödənişə keçir
"Avro suveren Avropanın siması olmalıdır”.

Sfera.az xəbər verir ki, bu sözləri Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Yunker Avropa Parlamenti üzvlərinə xitab edərkən deyib. Yunker Aİ-nin valyutası avronun rolunun gücləndirilməsini istəyib.

"Avropanın enerji idxalının həcmi 80%-dir və Avropanın bir ildə idxal etdiyi 300 milyard avroluq enerjinin hesabını ABŞ dolları ilə ödəməsi səfehlikdir. Halbuki enerji ehtiyacımızın sadəcə 2%-i ABŞ-dan gəlir. Avropa şirkətlərinin Avropa təyyarələrini avro yerinə dollarla satın almaları böyük səfehlikdir” – o, belə deyib.

O, avronu bir valyuta kimi gücləndirmək üçün ittifaqın maliyyə vəziyyətinin qaydaya salınmasının vacibliyini qeyd edib:

"Əvvala öz iqtisadi və maliyyə vəziyyətimizi qaydaya salmaq məcburiyyətindəyik. Bu olmadan avronun beynəlxalq rolunu qüvvətləndirəcək rıçaqlara sahib ola bilmərik. Avropa və avronu daha güclü hala gətirmək üçün iqtisadi və maliyyə ittifaqımızı tamamlamalıyıq”.

Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ