Dollar ucuzlaşacaq

Dollar ucuzlaşacaq
ABŞ Mərkəz Bankının (FED) rəhbəri Janet Yellen pul siyasəti tənzimlənərkən artan riskləri nəzərə alaraq FED-in daha təmkinli hərəkət etməsinin münasib olduğunu deyib.
"Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Yellen Nyu-Yorkdakı çıxışında Amerika iqtisadiyyatını və pul siyasətini dəyərləndirib:
"Əgər xaricdəki proseslər ABŞ iqtisadiyyatına gözləniləndən çox mənfi təsir göstərərsə bu, pul və qiymətlərdəki artımı məhdudlaşdıra bilər”.
Onun bu çıxışından sonra dolların indeksi təxminən 10 günün ən aşağı səviyyəsinə çataraq 1,2% ucuzlaşıb. Qızılın unsiyası isə 1.243 dolları aşıb. ABŞ-ın 10 illik istiqraz faizləri isə 8 martdan bu yana ən aşağı səviyyəyə düşüb.
Qeyd edək ki, FED-in növbəti toplantısı aprelin 27-də keçiriləcək. Bu toplantıda bütün diqqət faiz dərəcəsinə toxunulub toxunulmayacağına yönəlib.

OXŞAR XƏBƏRLƏR