Dollar sabit qaldı, türk lirəsi və funt sterlinq ucuzlaşdı

Dollar sabit qaldı, türk lirəsi və funt sterlinq ucuzlaşdı

 

Avrozonanın vahid valyutası olan avro bahalaşıb, rublun məzənnəsi isə dəyişməyib.

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 9-a olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə dəyişməyərək 1,6403 manat olub. 

Digər valyutaların məzənnələrinə gəlincə, avronun məzənnəsi 1,8454 manatdan 18498 manata qalxıb. Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0256 manat olub.

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi isə 0,5589 manatdan 0,5542 manatadək ucuzlaşıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1896 manatdan 2,1858 manata düşüb.

 

 
 
 
 


OXŞAR XƏBƏRLƏR