“Dollar durmadan bahalaşır, maaşlar dalınca yetişə bilmir...”

“Dollar durmadan bahalaşır, maaşlar dalınca yetişə bilmir...”
Bu günlərdə Rusiyada "Levada” ictimai rəyi öyrənmə mərkəzi araşdırıb ki, ölkənin düzgün istiqamətdə getmədiyini düşünənlərin sayı bunun əksini düşünənlərin sayını üstələyib. (45 faiz və 42 faiz). Sonuncu dəfə rusiyalılar arasında belə əhval 2006-cı ildə hökm sürürdü. 

 "Komsomolskaya pravda”  bu mövzunu azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovla müzakirə edib.

 Biznesmen deyib ki, yaranmış vəziyyətdə hansısa radikal dəyişikliklər təklif etməyə dəyməz. Və əhalinin bu cür pessimizmə qapılması iqtisadiyyatla, iqtisadi problemlərlə əlaqəlidir.

"İstənilən iqtisadiyyatın əsası sabitlikdir. Siz daim dəyişən parametrlərlə üzləşirsinizsə heç vaxt heç nəyi proqnozlaşdıra, layihələşdirə bilməyəcəksiniz. İstənilən stabilliyin əsası isə milli valyutanın məzənnəsidir. Məzənnə gah 70-ə qalxır, gah 65-ə qədər geriləyir. Mən demirəm ki, məzənnə konkret necə olmalıdır, əsas odur ki, stabil olsun.  Budur, hazırda 1 dollar 66 rubl ətrafında tərəddüd edir. Və hər gün yarım faiz qalxır və düşür. Niyə?”-Ağalarov sual edib.

Biznesmen deyib ki, Rusiyada müsbət ticarət saldosu var. Hər gün Mərkəzi Bank birjadan valyuta alır. "Bunu rublun məzənnəsinin stabil olmasını nəzərə almaqla eləmək olar. Və onda stabil məzənnəyə inflyasiya, Mərkəzi Bankın uçot dərəcəsi və insanların maaşları da uyğunlaşacaq. İndi isə maaşlar daim dəyərdən düşən rublun arxasınca yetişə bilmir. Ötən il rubl 15 faizdən çox dəyərdən düşüb. Və bütün bunlar neqativ əhvala gətirib çıxarır”-Araz Ağalarov qeyd edib.Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib.  Sfera.az xəbər verir ki, belə bir iddianı &q...

Xınalığa dolu DÜŞDÜ

Aprelin 19-u saat 16:14 radələrində diametri 9-12 mm olan dolu düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri AÇIQLANDI

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil K...

Prezident Rusiyaya SƏFƏR EDƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.   Qeyd o...