İran ABŞ-la danışıqlara nöqtə qoydu
13:53 / 17.09.2019
851
İranın Ali lideri Əli Xamneyi ABŞ-la danışıqların mümkünlüyünü rədd edib.
Sfera.az trend-ə istinadən xəbər verir ki, bu, Ə.Xamneyinin bəyanatında bəyan olunub. Belə ki, Ali liderin son bəyanatında deyilir ki, Vaşinqtonun göstərdiyi maksimal təzyiq şəraitində İran heç bir səviyyədə danışıqlar aparmamalıdır.
Ə.Xamneyi bildirib ki, danışıqlara razılıq verilməsi ABŞ siyasətinin uğurunu təsdiq edəcək.