Dünyanın ən uzun avtomobil-dəmir yolu körpüsü tikildi
12:00 / 26.09.2019
1806
Çində avtomobil və dəmir yolu nəqliyyatı üçün nəzərdə tutulmuş dünyanın ən uzun körpüsünün tikintisi başa çatıb.
Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Çin Dəmiryolu İnşaatı Korporasiyası məlumat verib.
Fuçjou şəhərini Pintan mahalı ilə birləşdirən körpünün uzunluğu 16,34 kilometr təşkil edir.
Tikintisinə hələ 2013-cü ilin noyabrında başlanılan körpünün 2020-ci ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.