DNT testi 26 il sonra cinayətin üstünü açdı

DNT testi 26 il sonra cinayətin üstünü açdı
ABŞ-ın Alyaska ştatında hüquq-mühafizə orqanları 26 il əvvəl baş vermiş ölüm hadisəsinin üstünü açmaq üçün qohumların DNT-dən istifadə ediblər.
 
1993-cü il aprelin 26-da Sofi Serci Alyaska Feyrbanks universitetinin yataqxanasında zorlanaraq öldürülmüşdü. Ona bir neçə bıçaq zərbəsi vurulduqdan sonra başına güllə atəşi açıblar. Hadisə yerindən cinayətkarın DNT-ni aşkar edib CODİS-in bazasına qoymuşdular. Lakin uyğunluq tapılmamışdı. 2018-ci ildə istintaq işi ölü nöqtədən tərpənib. İstintaq materiallarına əsasən hadisə yerindən tapılan DNT nümunəsi Stiven Daunsa aiddir. Dauns əvvəllər həbs olunmadığı üçün onun məlumatları məlumat bazasında yox idi. Ona görə də onun DNT-ni qohumları vasitəsilə aşkar ediblər. Hazırda 44 yaşı olan Stivens 1993-cü ildə 18 yaşında idi və həmin universitin yataqxanasında yaşayırdı.

OXŞAR XƏBƏRLƏR