Maraqlı

Döngəyə sürətlə girən sürücü motosikletçini vurdu - Bayker havada uçdu - VİDEO

Döngəyə sürətlə girən sürücü motosikletçini vurdu - Bayker havada uçdu - VİDEO

Dəhşətli avtomobil qəzasının görüntüləri yayılıb.

Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, döngəyə sürətlə girib əks yola çıxan avtomobil qəzaya səbəb olub.

Yüksək sürətlə hərəkət edən avtomobil öz yolu ilə gələn motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü bir neçə dəfə havada fırlanaraq yerə çırpılıb.

Manchester Evening News yazır ki, 60 mil/saat limit qoyulan dar döngəyə 70 mil/saat sürətlə daxil olan avtomobil ağır qəza törədib.

İngiltərənin Yorkşir qraflığında yaşayan 35 yaşlı bayker tormoz versə də, motosikletini qaçırtmaq üçün imkan olmayıb. Onun sümükləri bir neçə yerdən qırılıb.

 

Avtomobilin sürücüsü Florian Pratt 16 ay müddətinə azadlıqdan məhrum edilib. Qərara əsasən, o, azadlığa çıxdıqdan sonra 3 il müddətinə avtomobil sürə bilməz. (milli.az)


XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031