Dmitri Nazarov Almaniya klubu ilə müqavilə imzaladı

Dmitri Nazarov Almaniya klubu ilə müqavilə imzaladı
 

Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi Almaniyanın "Aue" klubu ilə müqaviləni uzadıb.

 

Sfera.az bildirir ki,  II Bundesliqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə bağlayıb.

 

Dima 2016-cı ildə "Karlsrue"dən "Aue"yə keçib. Milliləşdirilmiş futbolçu ilə yanaşı, Klemens Fendrixlə də yeni müqavilə bağlanıb

 

Klubun prezidenti Xelqe Leonxardt Nazarovun klubun gələcək strateji planlarının bir hissəsi olduğunu deyib: "Bu futbolçular ağılı, ruhu və keyfiyyəti ilə komandamıza uyğun gəlir. Onlar bunu gələcəkdə də sübut edəcəklər".

 

Komandanın baş məşqçisi Dirk Şuster Fendrix və Nazarov haqqında fikirlərini bildirib: "Onlar futbolçu keyfiyyətləri və təcrübələri ilə komandamızın əsas dirəyini təşkil edirlər. Şadam ki, qarşıdakı müddətdə də birgə çalışacağıq".


OXŞAR XƏBƏRLƏR