Dişləri ağartmaq üçün təbii üsullar

Dişləri ağartmaq üçün təbii üsullar
Dişlərinin ağappaq olmasını hər kəs arzulayır. Lakin bol qəhvə və çay içənlərin dişləri tez qaralır. Problemi aradan qaldırmaq üçün çoxları dişağardıcı kimyəvi maddələrdən istifadə edirlər. Bu maddələr isə diş minasına zərər verir. Üstəlik, çox keçmədən dişlər yenidən qaralır.
 
Halbuki dişləri təbii üsullarla ağartmaq mümkündür.
 
Həmin üsulları təqdim edirik:
 
Sirkə
Məsələn, turşularda istifadə olunan sirkə ev təmizliyində, həmçinin dişağardıcı kimi də istifadə olunur. Dişlərinizi həftədə 1-2 dəfə alma sirkəsi ilə fırçalasanız, həm dişlər üzərindəki ləkələrdən xilas olacaq, həm də ağzınızdakı bakteriyalardan.
 
Çiyələk
Çiyələk diş daşlarını yumşaldır, onlara ağ və təmiz görünüş verir. Bundan əlavə, dişağardıcı özəlliyə sahib olan çiyələk diş bakteriyalarını aradan qaldırır. Çiyələyi əzib məcun əvəzi dişlərinizi sürtün. Lakin bu üsulu tez-tez təkrar etmək olmaz. Çünki çiyələyin tərkibindəki turşu çox istifadə edildikdə diş minasına zərər verə bilər.
 
Duz
Duz antibakterialdır və təmizləyici maddədir. Diş məcununa duz əlavə edib istifadə etdikdə diş daşları təmizlənir. Dişlərinizi ağartmaq istədikdə bu üsulu sınayın.
 
Dəfnə yarpağı və portağal qabığı
Dəfnə yarpağı və portağal qabığını əzib məcun qatılığına gətirin. Diş fırçasına bu qarışıqdan qoyub 5 dəqiqə ərzində dişlərinizi yuyun. Lakin hər gün istifadə etmək tövsiyə olunmur.
 
Yerkökü
Çiy yerkökünü rəndələyin, əzib məcun halına gətirin və diş fırçasına töküb dişlərinizi bununla yuyun. Yerkökünün içərisində dişləri ağartmaq üçün xüsusi bir maddə yoxdur, amma kökün sərt quruluşu dişlərinizi təmizləyərək, onları ağ və cəlbedici göstərəcək. Kökün dişlərə hər hansı bir zərəri olmadığından dişlərinizi ağartmaq üçün hər gün istifadə etmək tövsiyə olunur.
 
Banan
Bananda orqanizm üçün çox dəyərli qidalar var. Amma bananın qabığını zibilə atırıq. Halbuki onlar dişləri təbii şəkildə ağardan ən asan üsuldur. Bananın qabıq hissəsini əzib məcun edin, bununla dişlərinizi 2-3 dəqiqə ərzində təmizləyin.15-20 dəqiqə sonra normal diş məcunu ilə yuyun. Bunu həftədə 3 dəfə tətbiq edin ki, dişləriniz ağappaq olsun.
 
C vitamini ehtiva edən qidalar
C vitamini baxımından zəngin meyvələr də dişləri ağartmaq üçün ideal vasitədir. Limon, portağal, çiyələk, pomidor kimi ərzaqlar dişləri təbii şəkildə təmizləyir. Əzib onunla bir neçə dəqiqə ərzində dişlərinizi fırçalayın.
 
Soda
Soda əsrlərdir ki, dişləri ağartmaq məqsədi ilə istifadə edilir. Bu maddədən məcun hazırlamaq çox asandır. Su ilə sodanı qarışdırdıqdan sonra dişlərinizi fırçalayın.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...