DİQQƏT! WhatsApp Türkiyədə geri addım atdı

DİQQƏT! WhatsApp Türkiyədə geri addım atdı
"WhatsApp-ın son gizlilik şərtlərini istifadəçilərə zorla qəbul etdirməsindən sora Türk höküməti və rəqabət qurumu WhatsApp-a qarşı istintaqa başladı və rəsmi olaraq xəbərdarlıq etdi ki, necə ki, bu qaydalar Avropada keçmirsə, Türkiyədə də keçməyəcək".

Sfera.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas öz sosial şəbəkə hesabında məlumat verib

Bloger bildirb ki, bugün edilən açıqlamada həmin şərtlərin Türkiyə üzərində tətbiqinə son verilib.

"Artıq Türkiyə vətəndaşları - istər qəbul edənlər, istərsə də qəbul etməyənlər bu şərtləri əhatələməyəcək və onların məlumatı paylaşılmayacaq. Türkiyə bir daha qlobal şirkətlər üçün nə dərəcədə önəmli və güclü olduğunu sübut elədi. Bizim ölkədə də bir sıra qanunlar var ki, məclisdə müzakirə olunmalıdır. Biri rəqəmsal xəritələrdə adlanma, ikincisi istifadəçi məlumatları və fərdi məlumatlardan istifadə. Lakin Milli Məclisdə çox təəssüf ki, bu məsələlər işıqlandırılmır. Düşünürəm ki, Milli Məclisdə qonaq spiker kimi bir neçə məsələ barədə fikir səsləndirməliyəm".

OXŞAR XƏBƏRLƏR