Diqqət! Texniki spirt öldürür

Diqqət! Texniki spirt öldürür

Son bir neçə gün ərzində spirtli içkilərin qəbulundan sonar 3 nəfər ölüb, 1 nəfər kör olub. KİV-lərin məlumatına görə, bunun səbəbi spirtli içkilərin texniki spirtdən hazırlanması ola bilər.

Sfera.az saglamolun.az-a istinadən bildirir ki, texniki spirt adından məlum olduğu kimi yalnız texniki məqsədlərlə istifadə olunur - boyaların istehsalında, nəqliyyatın əyləc sistemlərində və s. Təəssüf ki, texniki spirt ucuz olduğundan saxta spirtli içkilərin istehsalı zamanı tez-tez istifadə olunur.

Texniki spirt güclü zəhərdir və onun istehlakı ağır zəhərlənmə, əlillik və ölümə səbəb olur. Texniki spirt bütün orqan və sistemləri zədələyir, sıradan çıxardır.

Texniki spirtin qəbulu nəticəsində insanda korluq, qaraciyər sirrozu və xərçəngi, mədəaltı vəzi xərçənginin inkişafı riski çox yüksəkdir.

Zəhərlənmənin baş verməsi üçün 10-15 ml kifayətdir, 30 ml ölümə səbəb olur!

Diqqət! Saxta spirtli içkilərin hazırlanması zamanı istifadə olunan metilen (metil spirti) nə qoxu, nə dadına görə adi spirtdən (etil spirti) fərqlənmir. Spirtli içkinin çox ucuz qiymətə satılması onun saxta olduğundan şübhə yaratmalıdır.  

 

Metil spirtindən zəhərlənmə çox tez inkişaf edir. Simptomlar: baş ağrısı, ürəkbulanması, qusma, görmənin pozulması, korluq, dərinin göyərməsi, nəfəsalmanın çətinləşməsi, qıcolmalar, koma.

Metil spirtinin çoxlu miqdarda qəbulu 2-3 saat ərzində ölümə səbəb olur. Bəzən ölüm 2-3 gündən sonra baş verir.

Zəhərlənmənin ilk simptomlarında xəstənin mədəsini dərhal yumaq lazımdır. Bundan sonar zərərçəkmiş vaxt itirmədən xəstəxananın toksikologiya şöbəsinə çatdırılmalıdır.


OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....