DİQQƏT! İyulun 18-dək… – XƏBƏRDARLIQ

DİQQƏT! İyulun 18-dək… – XƏBƏRDARLIQ
 Ötən gün ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində Kiçik Qafqaz dağlarından axan Zəyəmçay, Kürəkçay və Dəstəfürçay çaylarında  sululuğun artması müşahidə edilib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzindən Sfera.az-a verilən məlumata görə, Gəncəçayın sol qolu olan Dəstəhöçay çayında sel hadisəsi qeydə alınıb.

Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Şişçay çaylarında da sululuğun artımı müşahidə edilib, Əyriçay çayında isə sel hadisəsi qeydə alınıb. Həmin çaylar birbaşa Qanıx çayına töküldüyü üçün Qanıx çayında da sululuğun artımı baş verib: "Uzun müddət baş verən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olmuşdur ki, bu da nisbətən də olsa Kür və Qanıx çaylarında öz təsirini göstərib. Gələn həftə də, iyulun 18-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir ki, nəticədə çaylarda yenidən sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.

OXŞAR XƏBƏRLƏR

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...