Diqqət! Bu yollarda sürət həddi endirildi

Diqqət! Bu yollarda sürət həddi endirildi
 Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildiriblər ki, məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Agentlik sürücülərə yollardakı sürət həddinə əməl etməyi tövsiyyə edib.

OXŞAR XƏBƏRLƏR