Diqqət: Bu ərazidəki evlər təhlükədədir

Diqqət: Bu ərazidəki evlər təhlükədədir

Bakıda və Abşeron yarımadasında təxminən 20 yaşayış məntəqəsi palçıq vulkanlarına yaxın ərazidə salınıb.

Bunu Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev Trend-ə deyib.

Bu gün Azərbaycanda 400-dən çox palçıq vulkanın yerləşdiyini deyən N.Paşayev qeyd edib ki, palçıq vulkanlarının yerləşməsinə görə Azərbaycan dünyanın unikal ərazilərindən biri sayılır.

Onun sözlərinə görə, əvvəllər yaşayış məntəqələrinin hamısı palçıq vulkanlarından kənarda salınırdı. Ancaq son illər əhalinin Bakıya axınının nəticəsində insanlar vulkanların olduğu ərazilərdə də məskunlaşmağa başlayıblar.

N.Paşayev ətafında insanların yaşadığı vulkanlara misal kimi "Bozdağ Hökməli”, "Axtarma Qaradağ”, "Keyrəki”, "Bozdağ-Güzdək” , "Səngi-Muğan”ı və s. göstərib:

"Əslində, insanlar özləri də bilmədən odun üstündə ev tikir, məskunlaşırlar. Əhali yaddan çıxarır ki, palçıq vulkanları hansı təhlükəli hadisələr törədə bilər. Bu baxımdan əhalinin maariflənməsinə çox ehtiyac var”.

N.Paşayev qeyd edib ki, Keyrəki, Ceyranbatan su anbarının ətrafında yerləşən "Keçəldağ” vulkanı da fəaliyyətdə olan vulkanlardır.

Şöbə müdiri əlavə edib ki, Bakı-Sumqayıt magistral yolunun kənarındakı Xırdalan qəbiristanlığı "Zigilpiri" palçıq vulkanının üzərində yerləşir: "Həmin ərazidə də məskunlaşma çox geniş yayılıb. Yaxud Pirəküşkül qəsəbəsində Bakıdan Pirəşüklə gedən magistral yolun sol tərəfi bütünlüklə palçıq vulkanıdır. Orada hər yerdə püskürmüş palçıq vulkanlarının axınlarını görmək olar”.

N.Paşayev qeyd edib ki, neft-qaz çıxan ərazilərdə də çoxlu palçıq vulkanları var: "Palçıq vulkanları əslində ərazidən neft-qazın çıxmasını göstərən ən mühüm göstricilərdən biridir. O, barometr rolunu oynayır. Məskunlaşma zamanı bu, mütləq nəzərə alınmalıdır”.

N.Paşayevin sözlərinə görə, palçıq vulkanlarının ətrafında xüsusi mühafizə bəndləri çəkilməli, məskunlaşma məhdudlaşdırılmalıdır.

Xatırladaq ki, bu yaxınlarda Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə deyib ki, Bozdağ Hökməli vulkanının ətrafının yaşayış üçün çox təhlükəli olması hələ 10 il əvvəl açıqlanmışdı. Lakin bütün bunlara baxmayaraq, bu ərazidə evlər tikilib.

Ə.Qaralov bildirib ki, vulkanın ətrafında yamac boyu tikilən çoxsaylı evlərdə çatların yaranması prosesi başa çatmayıb, yəni proses aktiv fazadadır:

"Əgər yağışlar başlasa, sürüşmə prosesi daha da aktivləşəcək”.

Bu il iyunun 12-də "Keyrəki" palçıq vulkanında da püskürmə baş verib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...

Almaniya bu şəhərlərə uçuşları qadağan etdi

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb. Sfera.az xəbər ...

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.   Federasiyanın Mətbuat Xidmət...

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib. Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsin...

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...