Gündəm

“Diqlas”da yanmamış anbarların qapıları açıldı

“Diqlas”da yanmamış anbarların qapıları açıldı


"Diqlas” Ticarət Mərkəzində sahibkarların iştirakı ilə yanmamış anbarların açılmasına başlanılıb”.

 

Bunu AzTV-də yayımlanan "Günün nəbzi” verilişinə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Ş.Mustafayev prosesin dünəndən etibarən başlanıldığını bildirib: "Təhlükəsizlik qaydalarına riayət olunması üçün anbarlar açılmırdı. Binanın uçması ilə bağlı ehtimallar var idi. Hazırda sahibkarlar orada olan mallarına baxış keçirirlər. Yararlı olan malları götürüb yeni mağazalara aparırlar”.

 

"Report” xatırladır ki, Bakının Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 8 ticarət mərkəzi təklif olunub.

 

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930