Diplomlu işsizlər ordusu

Diplomlu işsizlər ordusu

Bu gün Azərbaycanda diplomlu işsizlərin sayı kütləvi şəkildə artır. Bunun bir çox səbəbləri var . Lap əvvəldən başlamaq istəyirəm . Bunun təməli ailədə qoyulur . Valideynlər həmişə çalışırlar ki övladları onların istədiyi ixtisas üzrə təhsil alsınlar . Əksər valideynlər isə düşünürlər ki qızları həkim olmalıdı , oğlanları prokuror . Bəs bu ölkənin müəllimi , dülgəri , tarixçisi, musiqiçisi ,mühəndisi , jurnalisti , rəssamı  və,s ixtisas sahibləri kimlər olacaq ? Nəticədə nə baş verir ?  Ya abituriyent ilk addımda uğursuzluğa düçar olur . İmtahanlardan kəsilərək ilk məğlubiyyətlərinin dadına 17-18 yaşlarında baxır. Ya da ən yaxşı halda  universitetə daxil olur "günlərini keçirdirlər ". Nəticədə "yatan diplomların sayı artır " .

     İşsizliyin sürətli artmasının digər başlıca səbəbi təhsil keyfiyyətinin çox aşağı səviyyədə olmasıdır. Əvvəla insan öyrədiyi bilginin 70% məktəb də öyrənməlidir  . Yəni bir insanın Universitet oxumaq imkanı olmasa belə normal şərtlər altında bu biliklərlə öz yaşayışını təmin etməlidir . Lakin məktəblərimizdəki təhsil səviyyəsi bizə bu şansdan yararlanmağa imkan vermir .

      Bu gün təhsil də islahatlar adı altında  çoxlu dəyişikliklər edilir . Bu dəyişikliklər məktəblilərin həyatına bir – başa təsir edir .Məsələn dil məsələləri aktualdır . Rus dilinin məktəblərdə keçirilməsi ilə bağlı dəfələrlə dəyişiklilər edildi . Keçirilsin yaxud keçirilməsin ? Təhsil Nazirliyi bu sualın cavabını tapana kimi minlərlə şagird məktəbi bitirdi .

     Bu gün iş yerinə müraciət zamanı ilk sual bu olur "zəhmət olmasa dil bilgilərinizi deyərdiniz” . İxtisasından asılı olmayaraq əgər sən dil bilirsənsə rəqibindən bir addım öndəsən . Onda sual yaranır əgər Azərbaycan da hansısa strukturda işləmək üçün  müxtəlif dil  bilgisi bu qədər tələb olunursa niyə məktəblərdə yaxşı tədris olunmur ?

    Bir də ki, məncə dil məsələsi o qədər abardılıb ki, sanki hər hansı orqanda deyil bir başa turistlərlə işləniləcək. Məqsəd Azərbaycan vətəndaşına xidmət deyilmi ?

İş üçün vakant yerlərdə tələb olunan digər tələb isə yüksək səviyyədə komputer bilikləri tələb olunur . Məktəblər də informatika dərsi hansı formada tədris olunur ? məktəblilərin əksəriyyəti informatika dərsində kompyuterdən oyun oynamaq üçün istifadə edirlər. Təbii ki onlar gələcəklərinə ziyan vurduqlarını anlayacaq yaşda deyillər. Yaxud da ümumiyyətlə komputerlərin istifadəsinə şərait yaradılmır ki ,  şagirdlər komputerə " sındırarlar” . Bu gün ölkə də verilən təhsilə uyğun işçi axtarılmır . Bax buna görə də yalnız universitetə girmək üçün testlər əzbərlənir , universitetə girirlər  yenə test əzbərləyirlər . Gəncliyi yararsız vəziyyətə salan insanlar düşünmürlər ki həmin gənclik sabah onları müalicə edən həkim , nəvələrinə dərs deyəcək müəllimlərdir . Biz təhsilimizi gücləndirməklə öz gələcəyimizi sığortalamış olarıq.

  İşə qəbul zamanı yaranan digər problem isə öz ixtisasımıza uyğun olmayan ixtisaslarda işləmək məcburiyyətinin yaranmasıdır. Bu gün Azərbaycan da çox az adam pul yox karyera düşünmək şansı olur .Çünki müəyyən yaşdan sonra "ailəmi necə dolandırım ? " bu suala cavab axtarır . İxtisas seçimində yerlərimizin bu formada  dəyişik düşməsi həmin sahənin tənəzzülünə gətirib çıxarır . Yazımı Qabilin şeiri ilə tamamlamaq istəyirəm:

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

                                                   Gültəkin Məmmədova

Share Button
Loading...

DİGƏR XƏBƏRLƏR