Diplomatik nümayəndələr və hərbi attaşelər Qubadlıdadır - YENİLƏNİB

Diplomatik nümayəndələr və hərbi attaşelər Qubadlıdadır - YENİLƏNİB
Azərbaycandakı diplomatik korpusların rəhbər və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri Ermənistan işğalından azad edilmiş Qubadlı rayonuna səfər ediblər.

Sfera.az xəbər verir ki, onları Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və s. rəsmi şəxslər müşayiət edir.
 
***

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət əməlləri ilə tanış olmaqdır.

Sfera.az xəbər verir ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və başqaları müşayiət edirlər.

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Füzuli rayonunun Merdinli kəndinə gəlib, buradakı məscidin hazırki vəziyyəti ilə tanış olublar.

Erməni vəhşiliyi barədə məlumat verən Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, bədnam qonşularımızın törətdiyi vəhşiliklərin ən bariz nümunələrindən biri də Merdinli məscididir. Belə ki, ermənilər bu məscidi tövlə kimi istifadə edərək, nəinki Azərbaycan xalqının, eləcə də bütün müsəlmanların dini hisslərini təhqir ediblər.
 
***

""Prezident İlham Əliyevin göstərişi ilə diplomatik korpusların nümayəndələrini Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarını ziyarət etmək üçün aparırıq”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

"Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”, - Hikmət Hacıyev qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...