Dini məbədlər üçün ayrılan qaz limiti yetərlidir? - AÇIQLAMA

Dini məbədlər üçün ayrılan qaz limiti yetərlidir? - AÇIQLAMA

2018-ci il fevralın 1-ə olan məlumata əsasən, qeyri-əhali sektoru üzrə 478 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.
 
Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat verib. Məlumatda bildirilir ki, 2018-ci ilin yanvar ayı ərzində SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9493 yeni abonent qeydiyyata alınıb ki, bunun da 7324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionlar üzrədir. 
Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 106 635-ə çatıb.
 
Maraqlıdır, ayrılan qaz limiti məscid və məbədlər üçün yetərlidirmi?  
 
Mövzu ilə bağlı Sfera.az-a qısa açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev bildirdi ki, ayrılan qaz limiti dini məbədlər üçün qənaətbəxşdir:
 
"Bu yaxınlarda 478 məscid və məbəd üçün qaz limitinin ayrılması ilə bağlı mətbuata açıqlama verdik. Deyə bilərəm ki, dini məbədlərə ayrılan qaz limiti tam olaraq qaneedicidir. "Azəriqaz" İB limit həcmini müəyyənləşdirərkən, öncədən məsələ ilə bağlı müvafiq tədbirlər görüb. Ümumi limitin həcmi haqqında dəqiq məlumat deyə bilmərəm. Düşünürəm ki, qarşıdakı müddət ərzində respublika ərazisində fəaliyyət göstərən daha bir neçə dini məbədlərə qaz limitlə veriləcək".
 
Elvin Paşazadə

DİGƏR XƏBƏRLƏR


---