Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı

Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı
 

Bakıda xeyli vətəndaşı xarici ölkəyə ziyarətə aparmaq adı ilə aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.

Sfera.az xəbər verir ki, İsmayılov Xəyal Nazim oğlu özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları Kərbəlaya aparacağını söz verib və hər bir şəxsdən 300-600 manat arası pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar onu tapa bilməyiblər. Şikayətçilərin verdiyi məlumata görə, həmin şəxs bu yolla 100-ə yaxın adama pul "atıb”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik Orxan Mansurzadə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, 1997-ci il təvəllüdlü Xəyal İsmayılov bir neçə vətəndaşın şikayəti əsasında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə gətirilib: "Bu şəxs əvvəllər də bir qrup şəxs tərəfindən törədilən soyğunçuluğa görə məhkum olunub. Vətəndaşları müqəddəs ziyarətgahlar olan – Məkkə, Kərbəla, Məşhəd və digər müqəddəs yerlərə ziyarət turları təşkil etmək adı ilə onların əmlakını mənimsəyib.

Hazırda bununla bağlı polisə 5 vətəndaş ərizə ilə müraciət edib. Onlar da ərizələrində bu faktı qeyd ediblər. Həmin şəxslə bağlı 29-cu Polis Bölməsi tərəfindən təhqiqat davam etdirilir. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib. Buna görə də vətəndaşlardan xahiş olunur ki, bu şəxsin dələduzluq əməllərindən zərər çəkən varsa, aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etsinlər. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanına təqdim ediləcək”.


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...