Sağlıq

DİN-nin hospitalında burun əməliyyatından sonra ölən polisin FOTOSU

DİN-nin hospitalında burun əməliyyatından sonra ölən polisin FOTOSU
 

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı burun əməliyyatından sonra dünyasını dəyişib.

Unikal.org dünyasını dəyişən qadının fotosunu əldə edib.

Adıçəkilən hospitalın tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyindən əməliyyat olunub. Yaxınlarının verdiyi məlumata görə, əməliyyat normal keçib. Əməliyyatdan sonra ayılıb, danışıb. Lakin 4 saat sonra onun təzyiqi düşüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Dünyasını dəyişən Sevinc Qəribova həm də polis serjantı olub. Ailəli olan mərhumun, 9 yaşlı bir qızı var.

Qeyd edək ki, Nərimanov Rayon Prokurorluğu fakt üzrə araşdırma aparır.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30