DİN Nardaranda əməliyyat keçirdi

DİN Nardaranda əməliyyat keçirdi
 
Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum edilmiş Nardaran qəsəbə sakini Orxan Qasımov şübhəli şəxs qismində saxlanılıb.

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 0.810 qram heroin aşkar edilərək götürülüb.

O.Qasımovun ətrafında əlavə olaraq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun Nardaran qəsəbəsi, Abşeron küçəsində hasarın dibində gizlətdiyi 23 ədəd qumbara alışqanı, 3 ədəd "Makarov” tipli tapançaya məxsus güllə, 2 ədəd qumbara zapalı, 2 ədəd bıçaq, 16 ədəd alışdırıcısı və 8 ədəd fitil aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

Qeyd edək ki, könüllü olaraq polisə təqdim edilən qanunsuz silah-sursata görə, vətəndaş məsuliyyətə cəlb edilmir.

"Analoji hal polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edildiyi halda isə, qanunsuz odlu silah-sursat saxlayan şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb ediləcək”, - DİN-in məlumatında bildirilir. 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...