DİN: Həftəsonu baş verən yol qəzalarında 8 nəfər ölüb
17:00 / 23.12.2019
3796
Daxili İşlər Nazirliyi (DİN) həftəsonu daxili işlər orqanlarında qeydə alınmış yol-nəqliyyat hadisələri haqqında statistik məlumat yayıb.
DİN-nin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb.