DİN: Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yalandır

DİN: Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yalandır
 

Daxili İşlər Nazirliyi polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya bildirib ki, bəzi KİV-də Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bununla bağlı müvafiq əmrin imzalanması barədə yayılan məlumatlar yalandır. Polis general-mayoru Elxan Həsənov hazırda xidməti vəzifəsini icra edir”.

 

Qeyd edək ki, bu gün bəzi KİV-də E. Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yayılıb.

 

Xatırladaq ki, polis general-mayoru Elxan Həsənov daxili işlər orqanlarında peşəkar polis əməkdaşlarından biri hesab olunur. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə "İgidliyə görə”, 2018-ci ildə "Vətən uğrunda” medalları ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...