DİN-dən hüquqlarının alınması xəbərinə açıqlama: \"Bəzi saytlar Prezidentin fərmanına...\"

DİN-dən hüquqlarının alınması xəbərinə açıqlama: \
Daxili İşlər Nazirliyinin (DİN) bəzi səlahiyyətlərinin əlindən alınaraq "ASAN xidmət"ə verilməsi məsələsinə aydınlıq gətirilib.  

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında deyib ki, bəzi xəbər saytları ölkə Prezidentinin 2019-cu il 17 yanvar tarixli "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına qeyri-peşəkar şərhlər verərək oxucularda çaşqınlıq yaradırlar. 

Onun sözlərinə görə, "DİN-in bu hüquqları əlindən alındı" sərlövhəli həmin şərhlərdə iddia edilir ki, guya bundan sonra Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışların verilməsi funksiyalarını həyata keçirə bilməyəcək:

 "Bir daha diqqətə çatdırırıq ki, qeyd edilən sənədləri məhz Daxili İşlər Nazirliyinin "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşları hazırlayıb vətəndaşlara təqdim edir və bu vəzifələrin icrası gələcəkdə də davam edəcək. Yəni, yuxarıda göstərilən sənədlər "ASAN xidmət” mərkəzlərinin yerləşdiyi şəhər və rayonlarda həmin mərkəzlərdə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən veriləcək.

Müvafiq funksiyalar "ASAN xidmət” mərkəzlərinin olmadığı inzibati ərazi vahidlərində də Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanları və regional qurumları tərəfindən həyata keçiriləcək". 


OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...