DİM sədri: “İlkin nəticələrə görə universitetlərə qəbul planı 88 faiz dolub”

DİM sədri: “İlkin nəticələrə görə universitetlərə qəbul planı 88 faiz dolub”
 

"Bu il ali məktəblərə qəbulolma faizi ilkin nəticələrə əsasən 88 % təşkil edib”.

Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dolma göstəricisi ötən il də eyni olmuşdu: "Bu il qəbul planı üçün 47 765 vakant yer verilmişdi. Nəzərə alaq ki, plan yerlərinin sayı bu il 3000 yer artırılıb, imtahanda iştirak edən abituriyentlərin sayı isə təxminən 2000 nəfər azalıb. Keçən il 88 faizlik göstərici 39 947 nəfərə idisə, bu il 42 062 nəfərdir”.

M.Abbaszadə hesab edir ki, tədris ilinin sonunda ölkə səviyyəsində qəbul imtahanın yeni formada keçirilməsinin nəticələrini müzakirə etmək lazım olacaq: "Çünki, yeni kompetensiyalara malik şəxsləri seçib ali məktəblərə göndərmişik. Onların akademik nəticələrinin necə olmasını biz yox, qəbul olduqları ali təhsil müəssisələri izləyə biləcək”.


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...