Krİmİnal

Dilənçi qadınlardan ağlasığmaz əməl - VİDEO

Dilənçi qadınlardan ağlasığmaz əməl - VİDEO
Yevlaxdan Şəkiyə gələn iki qadın evdən oğurluq edib.

Hadisə Şəkinin Zunud kəndində olub.

Kənd sakini Arif İdrisov bildirir ki, həmin gün səhər həyət qapısını iplə bağlayaraq anası ilə bazarlığa gediblər. Geri qayıdanda tanımadıqları iki qadını həyətlərində görüblər.

Əvvəlcə onlar özlərini dilənçi kimi göstərsələr də sonradan ogurluq məqsədi ilə evə girdikləri məlum olub.


Qadınlar evdə heç kimin olmadığını biləndən sonra itə dərman verərək zərərsizləşdiriblər. Ondan sonra işlərini görüblər.

Qadınlar həm ev sakinlərinin, həm də qonşuların köməyi ilə tutularaq polisə təhvil verilib.

Şəki rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evdən 1166 manat pul və qızıl-zinət əşyalarını götürüblər.

Masallıda isə xırdabuynuzlu heyvan və toyuq -cücə oğurlayanlar tutulub. Rayon polis şöbəsi əməkdaşlarının axtarışları nəticəsində məlum olub ki, oğurluq edənlər əvvəllər məhkum olunmuş Vücad Bayramov və tanışı Sadiq Xankişiyevdir.


Saxlanılan şəxslər oğurladıqları qoyunları Cəlilabad rayonu ərazisində satdıqlarını etiraf ediblər.



XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031