DİLDƏ ƏMƏLƏ GƏLƏN ƏRP NƏYİN ƏLAMƏTİDİR?

DİLDƏ ƏMƏLƏ GƏLƏN ƏRP NƏYİN ƏLAMƏTİDİR?
Çox vaxt dildə əmələ gələn ərp normal hal kimi qəbul edilir.

Lakin dil əslində heç bir ləkəsiz, çöküntüsüz, çəhrayı rəngdə olmalıdır. Yalnız yuxudan sonra əmələ gələn və ya rahatlıqla təmizlənə bilən yüngül ağ rəngli çöküntü normal qəbul oluna bilər. Digər hallarda dildə əmələ gələn hər bir ləkə orqanizmdə baş verən hansısa problemin xəbərçisidir və bunun yaranma səbəblərini müəyyən etmək mütləqdir.

Dildə əmələ gələn qatılaşmalar rənginə, qatın qalınlığına, formasına və lokallaşmasına görə fərqlənir. Sağlam çöküntü ilin fəsillərindən asılı olaraq quruluşuna görə dəyişir. Belə ki, adətən payızın sonlarına doğru görülməz olan çöküntü yay fəslinə doğru daha çox qatılaşır. Çöküntülər ağ, sarımtıl, tünd boz və hətta qara rəngə kimi dəyişə bilər. Belə ki, yaranma səbəbləri qatılıqdan və rəngdən asılı olaraq dəyişir. Yüksək qatılıq xəstəliyin ağırlığından, yüngül ərp isə orqanizmdə yayılmağa başlayan hansısa infeksiyadan xəbər verir. Kəskin respirator xəstəliklər zamanı da dildə yüngül ərp yarana bilər. Dilin səthinin görünməyəcəyi qədər qalın qat əmələ gəlməsi isə orqanizmdə baş verən güclü virus infeksiyaları və ya hansısa xroniki xəstəliyin başlanmasının göstəricisidir.

Qalın və olduqca qatı ərp bağırsaqda meydana çıxan problemlərin əlamətidir. Yoğun bağırsaqda toksin və şlakların toplanması zamanı isə dilin kök hissəsində ləkə şəkilli çöküntü müşahidə edilir. Qızdırma ilə müşayiət olunan qalın ərp qatı orqanizmdə infeksion xəstəliyin yayılması barədə xəbər verir. Mədə-bağırsaq sistemi pozuntuları və ya qaraciyər, öd kisəsi problemləri zamanı dildə nazik, selikli ərp qatı yarana bilər. Ağciyər problemləri zamanı dilin ön və yan tərəflərində ağımtıl ərp çöküntüləri əmələ gəlir. Böyrək pozuntuları səbəbindən isə dilin kök hissəsinə yaxın ağ ləkələr yarana bilər. Əsasən uşaqlarda müşahidə edilən kandidozun göstəricilərindən biri də bütün dili əhatə edən və ya ləkələr şəklində əmələ gələn kəsmikə bənzər ağ qatdır. Quru, ağımtıl ərp isə orqanizmin susuzlaşmasından xəbər verir. Belə qatılaşmalar dalağın funksional pozuntuları zamanı da baş verə bilər. Dilin sol tərəfində əmələ gələn sürüşgən ağ ərp qatı isə qaraciyər və ya öd kisəsində meydana çıxan infeksiyanın göstəricisidir.

Luxlife.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...