Dilçilik İnstitutu saytların dilindəki problemləri AÇIQLADI

Dilçilik İnstitutu saytların dilindəki problemləri AÇIQLADI

 

"Müstəqilliyimizdən 25 il keçsə də, hələ də saytlarda dilimizə mənfi münasibət var”

Publika.az xəbər verir ki, bu sözləri Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli "Saytların dil mənzərəsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün saytların dil durumu heç də ürəkaçan deyil.

"Bu barədə Monitorinq şöbəsi tərəfindən araşdırma aparılıb. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində böyük işlər görülüb. Həm saytların, həm də televiziya aparıcılarının dilində dil normalarına riayət olunması halları artır. Biz bir dəfə aparıcılar üçün seminar təşkil etmişdik, gələcəkdə yenidən belə seminarlar keçirəcəyik”.

Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bu vaxta qədər aparılan monitorinqlərdən danışıb:

"Bu vaxta qədər Azərbaycanın müxtəlif bölgələrində müşahidə edilən dil qüsurları araşdırılıb. Televiziya aparıcılarının dilində irəliyə doğru atılan addımlarda monitorinq şöbəsinin rolu böyükdür. Yaxın günlərdə televiziyaların dil monitorinqinin nəticəsi və Bakı şəhərində reklamların dili ilə bağlı Nərimanov rayonu üzrə aşkarlanan pozuntular açıqlanacaq”.

İnstitutunun aparıcı elmi işçisi Şahlar Məmmədov çıxışında saytların dilində dilin inkişafına təsir edəcək ciddi proseslərin müşahidə edildiyini deyib:

"Ona görə də saytların dilini ümumi dil prosesindən kənarda təsəvvür etmək mümkün deyil. Jurnalistlərin dilə baxışının daha canlı olduğunu etiraf etməliyik. Bu mənada, saytlarda dil daha dinamikdir. Müşahidələrimiz nəticəsində sayt rəhbərləri ilə birgə müzakirələrin keçirilməsinə çalışırıq. Dilçilik İnstitutunun hazırlayacağı növbəti "Orfoqrafiya” lüğətində jurnalistlər tərəfindən ediləcək təkliflər də nəzərə alınacaq. Artıq bu barədə İnstitut rəhbərliyi tərəfindən tapşırıq verilib.

Saytların dilində inkişafla yanaşı, ciddi dil qüsurları da var. Saytlara ciddi təhsil görmüş şəxslərin nəzarət etməsini müşahidə edirik. Publika.az, axar.az, report.az, trend.az, bakupost.az, qafqazinfo.az kimi saytları bura nümunə göstərə bilərik. Qeyri-ciddi saytların dilində isə daha ciddi dil qüsurları müşahidə edirik. Gələcəkdə həm də bu sayt rəhbərləri ilə əlaqə saxlamağa çalışacağıq. Bəzən qeyri-peşəkar sayt rəhbərləri yeni sözlərin yaradılmaması ilə bağlı Dilçilik İnstitutunu ittiham edir.

Mürəkkəb adların yazılışı, transliterasiyası məsələsində ciddi qüsurlar var. Bəzi saytlar mürəkkəb adları orijinala uyğun yazır, çıxış yolu kimi onu dırnaq arasında göstərməyə çalışır. Hesab edirəm ki, əlifbamızda olmayan hərflər saytlarda müşahidə edilməməlidir.”.

Ş.Məmmədov saytların monitorinqi nəticəsində müəyyən peşəkarlıq müşahidə edildiyini vurğulayıb: "Artıq bir çox səhvlər aradan qaldırılıb, orfoqrafiya səhvlərinə az rast gəlirik. Bəzi saytlarda müəyyən prinsiplər pozulub, mürəkkəb cümlə tiplərində ciddi pozuntulara rast gəlirik. Saytlarda sadə müxtəsər cümlə tipləri üstünlük təşkil edir. "Nəinki” birləşdirmə bağlayıcısının cümlədə işlənmə yeri düzgün seçilmir. "Və” ilə, kiçik hərflə başlayan cümlələrə rast gəlirik".

"Qaynar xətt”ə edilən müraciətlərə toxunan Ş.Məmmədov qeyd edib ki, müraciətlərin sayı azalıb.


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...