Cəmİyyət

Diasporumuz bu qıza vəzifə verdi - FOTOLAR

Diasporumuz bu qıza vəzifə verdi - FOTOLAR
Tanınmış rus modelə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) Rusiya nümayəndəliyində vəzifə verilib.

Femida.az xəbər verir ki, bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb. ASGA həmçinin xarici ölkələrdə nümayəndəliyi olan yeganə Azərbaycan gənclər təşkilatıdır. ASGA Rusiya nümayəndəliyi aktivliyi ilə daim seçilir. Hər zaman yeniliyə imza atan və daima yeni-yeni uğurlarla tanınan nümayəndəlik bu dəfə də hər kəsi təcübləndirəcəyi bir təyinat realllaşdırıb. 

 

Bu barədə ASGA Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev məlumat verib. Belə ki, Rusiyanın tanınmış modeli Yulya Dujeva ASGA Rusiya nümayəndəliyi sədri Toğrul Allahverdilinin Rusiya təşkilatları ilə əlaqə və mədəniyyət üzrə müavini təyin edilib. 
 

Qeyd edək ki, tanınmış model Moskva dövlət universitetinin hüquq fakultəsinin tələbəsi, Kremlyovskiy polk gənclər hərəkatının həmtəsisçisi və rus-patriots proektinin rəhbəridir.

 
Fotoları təqdim edirik:
 
 
 
 

AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031