“Deyirlər ki, “alqı” sözü qanuna səhvən düşüb” – Gömrüklə bağlı daha bir qalmaqal

“Deyirlər ki, “alqı” sözü qanuna səhvən düşüb” – Gömrüklə bağlı daha bir qalmaqal

Dövlət Gömrük Komitəsi digər sahələrlə yanaşı ölkəyə gətirilən KİV məhsullarına da ciddi problemlər yaratmaqdadır.

Sfera.az xəbər verir ki, bu haqda "Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Prezident İlham Əliyevə müraciətində qeyd edib. O, müraciətlə bağlı Reyting.az-a açıqlamasına bildirib ki, hazırkı Vergi Məcəlləsi 3 ildir qüvvədə olsa da, Gömrük Komitəsi idxal olunan KİV məhsullarına qeyri-qanuni olaraq əlavə dəyər vergisi (ƏDV) tələb edir. 

Qanunverici və icra hakimiyyətləri isə DGK-nin qeyri-qanuni tələbinə biganə yanaşırlar:

"Məhkəmə hakimiyyəti büdcə öhdəliklərini bəhanə edib saxta qərar verir. Bu isə tək sahibkarlığın yox, həm də mətbuatın probleminə çevrilib. Özbaşnalıqların səbəbkarı Dövlət Gömrük Komitəsi Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovdur”. 

X. Əliyev bildirib ki, Gömrük Komitəsinin əməkdaşları ölkə qanunlarını öz istəklərinə uyğun formada şərh edirlər. Onun sözlərinə görə, KİV məhsulları ƏDV-dən azad olsa da, Gömrük Komitəsi müvafiq qərarın ləğvini əsas tutub, qanunun (Vergi Məcəlləsinin) bu tələbinə məhəl qoymur. Yəni, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmiş qanunun tələbləri pozulur. 

X. Əliyev qeyd edib ki, bu məsələ ilə bağlı qanunun deyil, qərarın üstün tutulması absurddur: "Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, "Qaya Mətbuat Yayımı” MMC-nin idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin bu qərar və qərardadlarını Gömrük Komitəsi icra eləmir”.

"Qaya”nın rəhbəri bu qanunsuzluqlara görə Gömrük Komitəsinin Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovu ittiham edir.

X. Əliyevin iddiasına görə, Ali Məhkəmə məmurların təzyiqi ilə sonradan absurd qərar çıxarıb: "Vergi Məcəlləsində yazılıb ki, alqı-satqı (KİV məhsulları nəzərdə tutulu-red.) vergidən azaddır. Ali Məhkəmə isə sonradan qərar çıxarıb ki, "alqı” sözü Vergi Məcəlləsinə səhvən düşüb, bu, yalnız satqıya aiddir. Qanuna "alqı” sözü necə səhv düşə bilər? Mən üç ildir onları başa sala bilmirəm”. 

X. Əliyev məsələ ilə bağlı dövlətin müvafiq qurumlarına 213 məktub yazsa da, buna əhəmiyyət verilmir. 

"Qaya”nın rəhbəri Gömrük Komitəsinin özbaşınalıqlarına qarşı mübarizəyə aclıq aksiyası və piket keçirməklə davam etdirəcəklərini diqqətə çatdırıb.

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...