Dəyanət Rzayevin oğlu: \" Axı o sənə çörək vermişdi\"

Dəyanət Rzayevin oğlu: \
Ötən il dünyasını dəyişən tanınmış psixoloq Dəyanət Rzatevin oğlu Dilqəm Rzayev feysbukda ünvanlı status paylaşıb.
 
O vaxtı ilə atasının əl uzadaraq kömək etdiyi şəxsə ismarış yollayıb. Sfera.az statusu olduğu kimi təqdim edir: "Yadındadı? Çətin günlərin idi.
 
4 bir yanından problemlər hücüm edirdi. Boğulurdun. Onda bir əl uzandı sənə, Dəyanət Rzayevin əli. Dəstək oldu kömək etdi... və budur indi sən psixoloq olmusan, rahat yaşayırsan.
 
Doğru olmazdımı ki, onun sənə can yandırdığı kimi səndə ona azca can yandırasan. Axı o sənə çörək vermişdi. Sədaqət bunu gərəkdirməzdimi? Bilirsənmi, ondan sonra ailəsinin demək olar hər bir üzvünün psixoloqa ehtiyacı var? Bəs sən hardasan? Niyə yoxsan? İnsanlıq insan olmağı gərəkdirməzdi? Vaxtına qənaət edirsən, gəlirini düşünürsən.
 
Amma bilmirsən ki, hər əməyinin əvəzi qarşılanardı, baxmayaraq ki, illər öncə qarşılanıb. Anladım:dürüstlük bahalı hədiyyədir, ucuz insanlardan gözlənməz... ".

Nigar Məhərrəm

Sfera.az 

OXŞAR XƏBƏRLƏR