Devrilən prezident ev dustaqlığında saxlanılır – İstefa bəyanatı yayıldı
12:42 / 11.04.2019
3266
Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib. Məlumatı "Al-Arabiya” televiziyası yayıb.
Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.
Bundan sonra isə Pezident istefa verməsi barədə bəyanat yayıb.
"Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir/Report.