Dünya

Devid Bekhem Londonu Çinə “aparır” - FOTO

Devid Bekhem Londonu Çinə “aparır” - FOTO

Dünya şöhrətli keçmiş futbolçu, iş adamı Devid Bekhem Çində aşiq olduğu London şəhəri tərzində hotel açmaq qərarına gəlib. 

Hotelin xarici görünüşü "Westminster” sarayına bənzəyəcək və həyətdə David dünyaca məşhur "Big Ben” saat gülləsinin kiçik bir nüsxəsini inşa etməyi planlaşdırır.

Resepşının divarları və döşəmələri qızıl və mərmərlə bəzədilmiş böyük bir şüşə atriumun içində yerləşəcək. Devid hazırda inşa edəcəyi yeni hotelin konseptual lüks otaqlarının və xüsusi dərzi studiyalarının dizaynı ilə məşğuldur.

Hotelin xaricində Bekhem Londonda yerləşən ingilis markaları "Mayfair” və "Savile Row”ya bənzər lüks butiklər prospekti yaratmağı planlaşdırır. Hoteldə, eyni zamanda, Çin və Portuqaliya mətbəxinə aid restoranlar fəaliyyət göstərəcək. Bu restoranları isə futbolçunun dostu, dünyaca məşhur aşpaz Qordon Ramzi idarə edəcək.

Qeyd edək ki, oxşar layihə artıq 2016-cı ildən Çində fəaliyyət göstərir. Hotelin xarici görünüşü Paris şəhərinə bənzəyir. Adı isə "Paris Makao”dur.(oxu.az)

 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031