Dərsliklərdə monopoliya yoxdur - Ekspertdən SƏRT REAKSİYA

Dərsliklərdə monopoliya yoxdur - Ekspertdən SƏRT REAKSİYA

"Azərbaycan müstəqillik əldə etdikdən sonra, dərslik yazma ənənəsi tamamilə yeni müstəviyə qədəm qoydu. Müstəqilliyimizin ilk illərində dərsliklərlə bağlı ciddi problemlər yarandı. Bu zaman mütərəqqi tarixçilər, ziyalılar bir araya gəlib dərslik prinsiplərinin əsasını qoydular. Onların 90 - cı illərin gərgin dövründə atdığı bu addım indiki şərait üçün bəsit ola bilərdi, amma o zaman üçün inqilabi hadisə idi”.

Bu sözləriSfera.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, biz artıq təhsilin heç bir sahəsi üzrə problem yaşamırıq

"Artıq Azərbaycan güclü dövlətə çevrilib. Təhsil Nazirliyi özünə lazımlı və dövlət strategiyasını əks etdirən, dövlətin fundamental dəyərlərini özündə əks etdirən dərsliklər sifariş verir və bu zaman dərsliklər peşəkar ekspertlərin yoxladığı tender vasitəsi ilə seçilir. Bəlkə də, 2014-cü ilə qədər eyni müəllif qrupu tərəfindən dərsliklərin yazılmasının şahidi oluruq. Amma bu o demək deyildir ki, dərsliklərin yazılmasında monopoliya olub. Sadəcə olaraq, o şəxslər Azərbaycanda elmin inkişafında, populyarlıq qazanmasında müstəsna rol oynayan şəxlər idilər. Onların yazdığı dərsliklər tenderin qalibi olub. Onlar məktəbşunaslıq, orta məktəblər üçün dərslik yazılması işini mütərəqqi şəkildə bilən insanlar olublar. Bir neçə nümunəyə baxaq. Azərbaycanın son illərdə tarix elminin inkişafında, dərindən milli dəyərlər qorumaqla araşdırmasında aparıcı şəxs olan Akademik Yaqub Mahmudov uzun müddət orta məktəb dərsliklərinin müəllifi və baş redaktoru olub. Məhz onun rəhbərliyi altında tarix elmimiz sistemli şəkilə düşdü. Dövlətçilik, milli dəyərlər, türkçülük tarix dərsliklərimizin əsasını təşkil etdi. Ondan sonra dərslik yazanlar məhz Akademik Yaqub Mahmudov məktəbinin yetirmələri idi. Məhz mən də bu il orta məktəblər üçün kurikulum ilə X sinif Azərbaycan Tarixi və Ümumi Tarix dərsliklərinin yazılmasına iştirak edib tenderə qoşuldum”.

Ekspert dərslikləri, kitabları, məqalə və monoqrafiyaları stolüstü vəsaitimizə çevrilən dəyərli müəllim Akademik Yaqub Mahmudovun öyrətdikləri ilə tarix dərsliyi yazdığını söyləyib:

"Deyirlər ki, ustad şagirdinə hər şeyi öyrətməz, bir fənni saxlayar ki, şagirdi onu keçməsin. Amma Akademik Yaqub Mahmudov bütün tələblərinə o cümlədən mənə bütün elmin dərinliklərini öyrətdi və mən bu il tenderdə qalinkrdın oldum. Onu da qeyd etmək istəyirəm ki, tenderdə dərsliyi keçməyən bir neçə iddiaçı arasında məhz hörmətli millət vəkili, akademik Yaqub Mahmudovun komandası da var idi. Əgər monopoliya olsaydı heç bir idarəçi gücü olmayan biz yox, məhz Akademik Yaqub Mahmudovun komandası hər il olduğu kimi qalib gələrdi. Məhz dəyərli müəllimim, tarix elmində hamımızın ağsaqqalı, Akademik Yaqub Mahmudov tələbəsinin bu qələbəsinə sevinib təbrik etdi və daima elmdə dəstək verəcəyini bildirdi. Əgər monopoliya olsaydı, dərsliyi keçən müəllif komandadır ilə uzun illərdir dərsliyi qalib gələn amma bu dəfə keçməyən komanda arasında düşmən münasibət olardı. Hal hazırda dərslik yazmaq işində monopoliya yoxdur. Standartlarına cavab verən, ən yüksək qiymət verilmiş dərsliklər qalib elan olunur və orta məktəblərə istifadə üçün göndərilir”.

Azər Salam

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...