Dərslərin başlanması ilə bağlı TƏHSİL NAZİRLİYİNDƏN AÇIQLAMA

Dərslərin başlanması ilə bağlı TƏHSİL NAZİRLİYİNDƏN AÇIQLAMA
 

"Xüsusi karantin rejimi dövründə şagirdlərin biliklərinin qiymətləndirilməsi məsələsinə fərdi yanaşma olmalıdır. Təbii ki, teledərslər vasitəsilə tədrisin 100 faiz mənimsənilməsi mümkün deyil. Burada söhbət müəyyən səviyyədən gedə bilər”.

Sfera.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

O dərslərin nə vaxt başlanması ilə bağlı bildirib ki, hazırda koronavirus pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil:

"Təbii ki, müəyyən müddətdən sonra karantin rejimi ləğv ediləcək. Şagirdlərimiz də tədris müəssisələrində tədrislərini davam etdirəcəklər. Belə olduğu halda təhsilverənlər, yəni müəllimlər, pedaqoqlar müəyyən vasitələrdən istifadə edərək teledərslər zamanı şagirdlərin təhsil proqramlarını necə mənimsənilməsi ilə bağlı qiymətləndirmə aparacaqlar. Bundan sonra da müvafiq qərar qəbul ediləcək. Təbii ki, hazırda bununla bağlı dəqiq cavab vermək mümkün deyil. Vəziyyəti daim nəzarətdə saxlayırıq və müvafiq təhlillər apardıqdan sonra Təhsil Nazirliyi tərəfindən qərar veriləcək”.

İ.İsayev qeyd edib ki, şagirdlərə hər hansı güzəştin edilməsi ilə bağlı indidən nəsə demək doğru olmaz: "Mövcud vəziyyəti heç kim gözləmirdi. Təbii ki, bütün imkanlardan istifadə olunaraq təhsilalanlara maksimum dərəcədə kömək ediləcək ki, təhsilini bitirə bilsinlər”. 

 

(metbuat)


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...