Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən Açıqlama

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən Açıqlama
Sentyabrdan sərt karantin qaydalarına qayıdılacağı ilə bağlı şayiələrə rəğmən, Nazirlər Kabineti yanında Operativ Qərargah ənənəvi təhsilin bərpası üzərində iş aparır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun sonuncu brifinqdən sonra jurnalistlərə "vətəndaşlar qısa müddətdə kütləvi vaksinasiyaya gedəcəksə, qapanmalara da ehtiyac olmayacaq” açıqlaması da bunu təsdiqləyir.

Sfera.az xəbər verir ki, hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, 2021/2022-ci tədris ilində ənənəvi təhsilə daha sağlam keçilməsi üçün vaksinasiya prosesinin sürətləndirilməsi əsas prioritet olaraq götürülüb. Elə Nazirlər Kabienti yanında Operativ Qərargahın "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında da ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərə COVID-19 pasportunun olması tələbi qoyulub.

Bununla yanaşı, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

Mənbə qeyd edir ki, bu tələblərin qoyulması həm də ənənəvi təhsilə keçilməsi üçün hazırlıq xarakteri daşıyır. Bununla belə ənənəvi təhsilin sentyabrın 15-dən deyil, oktyabrın 1-dən başlanması nəzərdə tutulur. Bunun həmin dövrə qədər peyvəndləmə prosesini yekunlaşdırmaq üçün zaman qazanmağa xidmət etdiyi bildirilir.

Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsi araşdırılır: "Burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir”.

OXŞAR XƏBƏRLƏR

Bu MMC-yə aid yük maşını "Prius"la TOQQUŞDU - Bir nəfər öldü

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov...

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.   Sfera.az "Axşam.az"a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun mü...

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət ...

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmı...

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...