“Dərslər hələ başlamasın...” – Ceyhun Osmanlı

“Dərslər hələ başlamasın...” – Ceyhun Osmanlı

"Məncə, may ayının beşində dərslərin başlaması məqsədə uyğun deyil”.


Sfera.az-ın məlumatına görə bunu Yaşıllar Hərəkatının lideri, sabiq millət vəkili Ceyhun Osmanlı özünün sosial şəbəkə hesabında yazıb.


Ceyhun Osmanlı dərslərin yaxın tarixdə başlamasının məqsədə uyğun olmadığını aşağıdakı kimi əsaslandırıb:


1. 2 aydır dərs yoxdur və dərsin bitməsinə 1 ay qalmış, yəni may-iyun arası dərs keçmək xətrinə şagird və tələbələrin sağlamlığını risk altına qoymaq olmaz

2. Bütün məktəblilər və tələbələrin internetə çıxışı 100% təmin olunmayıb; xüsusilə də son günlərdə internetdə qüsurların olması dərs proqramlarının virtual şəkildə arzu olunan kimi mənimsənilməsinə şərait yaratmayıb; belə olan halda qiymətlərin 1-ci yarımilə uyğun verilməsi məqsədə uyğun olardı

3. Tədqiqatlar göstərir ki, isti havada virusun öləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Belə olan halda əhalinin kütləvi hərəkəti pandemiyanın kütləvi yayılması riskini yaradır.

4. Məncə ilkin mərhələdə əmək qabiliyyətli insanların iş yerlərinə gedib-gəlməsinə şərait yaratmaq olar, payızda isə uşaqlar və yaşlıların hərəkəti 100% bərpa ola bilər. Arzu olunan bir mənzərə olmasa da reallıq budur.


OXŞAR XƏBƏRLƏR

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...