Dərbənddəki Nizami parkı acınacaqlı vəziyyətdə - FOTO

Dərbənddəki Nizami parkı acınacaqlı vəziyyətdə - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun bir qrup əməkdaşı Rusiyanın Dərbənd şəhərində elmi ezamiyyətdə olub. 

Tarix İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, ezamiyyət zamanı şəhərdə olan institut əməkdaşları müəyyən ediblər ki, 1994-cü ildə Dərbənddə salınmış Nizami Gəncəvi adına park baxımsız vəziyyətdədir. 

Bildirilib ki, 6 hektarlıq ərazini əhatə edən parkda vaxtilə istirahət guşələri, gəzinti yerləri, hərəkət cığırları olsa da, onların hamısı sökülüb və dağıdılıb. 

Şəhər sakinlərinin verdiyi məlumata görə, dahi Azərbaycan şairi və mütəfəkkirinin adını daşıyan parkı xüsusi məqsədlə bu hala salıblar, bütün yaşıllıqlar, ağaclar bir neçə günün içində məhv edilib. 

Parkın abadlaşdırılması üçün əraziyə tikinti materialları gətirilsə də, işlər yarımçıq qalıb. 

Alimlər onu da müəyyən ediblər ki, parkın divarına bitişik hissədə müəyyən tikinti işlərinin görülməsinə də cəhd edilib. Lakin sahədə qədim qəbirlər aşkar edilib, bundan xəbər tutan şəhər sakinlərinin etirazı nəticəsində tikinti-qazıntı işləri dayandırılıb.

Oxu.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...