Deputat:“Tələbələrlə bağlı bu məsələ bizi çox narahat edir”

Deputat:“Tələbələrlə bağlı bu məsələ bizi çox narahat edir”
 "Təhsil sistemində aparılan islahatlar hər kəsə məlumdur. Gənclərimizin təhsilhaqqqını ödəməklə bağlı müəyyən problemi var. Bu məsələ bizi çox narahat edir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.

Mİllət vəkili bildirib ki, bu barədə Təhsil Nazirliyi ilə müəyyən danışıqlar aparılıb.

"Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən Maarifçi Tələbə Kredit Fondu yaradılıb.  Bu günə kimi 118 tələbə həmin fonddan təhsil krediti götürüb. Məsələnin mahiyyəti bunda deyil ki, bizim tələbələrimizin maliyyə yükü azaldılsın. Elə ailələr var ki, gəlirləri çox az səviyyədədir. Amma övladlarının gələcəkdə yaxşı mütəxəssis olması ilə bağlı arzuları var. Hesab edirəm ki, bununla əlaqədar biz qanunvericiliyə baxmalıyıq”.  

Deputat qeyd edib ki, iki kateqoriya gənc var.

"Onların biri yalnız oxumaq istəyir, digəri isə başa düşür ki, onun gələcəyi məhz təhsillə bağlıdır. Bu çox vacib məsələrdən biridir. Təhsil Nazirliyi artıq bununla bağlı addım atıb. Biz də öz növbəmizdə xüsusi dövlət proqramı tərtib etməliyik və yaxud da Maairfçi Tələbə Kredit Fonduna müəyyən status verilməlidir ki, tələbə kreditlərini çox sərbəst şəkildə gənclərimizə verə bilsin”. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz A...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...