Deputatlığa namizədlərin sayı 1246 nəfərə çatdı

Deputatlığa namizədlərin sayı 1246 nəfərə çatdı

MSK-da iclas keçirilib.

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Sfera.az oxu.az-a istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov qeyd edib ki, dairə seçki komissiyalarında 17 minə qədər, MSK-da isə 167 müşahidəçi qeydiyyatdan keçib.

İclasda həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. 

Baxılan müraciətlərin 2-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib.


OXŞAR XƏBƏRLƏR