Deputatlar zibil toplayacaq

Deputatlar zibil toplayacaq
Deputatlar zibil toplamaq üçün Xəzərin sahilinə gedəcəklər.
Bu gün Buzovna qəsəbəsində Ekologiya və Təbii Sərvətləri Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə "Biz birlikdə, Xəzərin Müdafiəsində birik" şüarı ilə dəniz sahilinin tullantılardan təmizlənməsi aksiyası keçiriləcək. Bu barədə Trend nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Mətbuat katibi İradə İbrahimovanın açıqlamasına görə, Xəzər Günü ərəfəsində yüzlərlə insanın iştirakıyla baş tutacaq aksiyanın məqsədi təkcə dəniz kənarını plastik butulkalardan və digər tullantılardan təmizləmək yox, həm də sakinlər üçün dəniz çimərliyini təmiz saxlamaq, Xəzərin çirklənməsinə qarşı etiraz ifadə etmək üçün nümunə olmaqdır.
Bu gün, 9 avqustda keçirilməsi planlaşıdırılan aksiyada deputatlar, intelligensiya nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekologiya qurumlarının təmsilçiləri iştirak edəcəklər.
"Ümid edirik ki, hər kəs ətraf mühitə, çimərliklərə, Xəzərin təmizliyinə məsuliyyətlə yanaşacaq və gələcəkdə belə aksiyaların keçirilməsi əlacsızlıqdan qaynaqlanmayacaq", - İbrahimova deyib.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...