Deputatla yol polisi arasında qarşıdurma: “Nazirə görə məni saxladı...”

Deputatla yol polisi arasında qarşıdurma: “Nazirə görə məni saxladı...”
 

"Əslində yuxusuzluqproblemi çox ciddi bir məsələdir. Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə insanlar üzərində bununla bağlı təcrübələr aparırlar. Burada internetin təsiri varmı, yoxsa gündəlik yediyimiz qidalarla bağlıdırmı? Hələ tam dəqiq nəticə əldə olunmayıb”.


Sfera.azxəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib. O bildirib ki, bəzən gecə yuxusu gəlməyəndə internetə girir.

 

"Bununla da istəyirəm ki, yuxum gəlsin , baxıram yuxumdaha da qaçıb. Burdan aydın olur ki,internetin də yuxusuzluğa təsiri var. Birmənalı şəkildə həkimlər, psixoloqlar bildirirlər ki, internet çox istifadə olunanda insanın yaddaşına ziyan vurur, nəticədə də yuxusuzluğa gətirib çıxarır. Bu yaxınlarda internetdə aclıq keçirən körpələrin həyatına baxırdım, hələ də gözümün qabağından getmir. İnernet bizi çox yükləyir, az qala dünyanın bütün problemlərini düşünəsən və düşünməli olduqca da insanın yuxusu qaçır”.

 

T.Kərimli düşünür ki, yuxusuzluğun digər bir səbəbi də mühitdir, əsəbi şəraitdir.

 

"Bu yaxınlarda rayondan qayıdırdım, polis maşınları biz saxlatdırdı, bir nazir yoldan keçməli idi. Mənə qayıdıb deyir ki, kənara çıx. Mənə bu hadisə o qədər pis təsir etdi ki!. Mənim toxunulmazlıq hüququm olduğum halda, sən məni saxlatdırırsan, hesabat tələb edirsən. İnanırsınız qeyr-ixtiyari öz-özümə əsəbləşdim. Mən millət vəkili olsam da, bu cür hallarla qarşılaşanda gərginlik keçirirəm. Hələ adi insanların qayğıları daha çoxdur. Əməkhaqqı, pensiya çatışmazlığı, tibbi xidmətin bahalığı, insanların başqaları tərəfindən təhqir olunması - bu cür hallar o qədər geniş yayılıb”.

 

Deputat qeyd edib ki, sosializm rejimində hər şeyə ,yaxşıya da, pisə də qadağa qoyulmuşdu.

 

"Bir hakim ideologiya var idi.Dövlət hər şeyi öz üzərinə götürürdü. O dövrdə qayğılar da az idi. Ancaq kapitalizm hər şeyə icazə verir.Çox təəssüf ki, pislik edənlərin sayı günü- gündən artır”.

 

T.Kərimli "Mülk Allaha məxsusdur” ifadəsini xatırladaraq əlavə edib:

 

"Varlı adamların yadına Allah düşmür, yalnız kasıbın yadına düşür.Pul insanları bir-birindən də soyudur. Pulu var, hər şeyi satın almaq istəyir. Ona görə də insanlar arasında inamsızlıq var. İndi pulun hakimiyyəti əmələ gəlib. Karl Marks deyirdi ki, kapitalizm əxlaqsız cəmiyyətdir,çünki müstəsna dərəcədə əxlaqsız olan kapitala söykənir. Cəmiyyətin pula sitayişindən doğan yuxusuzluğun bir səbəbi də pul problemidir”.


OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...