Deputatın şirkəti bağlandı

Deputatın şirkəti bağlandı
"Xəzər-XXI Əsr" MMC könüllü ləğv olunduğunu elan edib. "Turan” agentliyi xəbər verir ki, bu şirkətin direktoru Milli Məclisin deputatı Elxan Süleymanovdur.

"Xəzər-XXI Əsr" MMC (VÖEN 1800026701) 2003-cü ildə yaradılıb.

Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, Elxan Süleymanov daha iki şirkətə rəhbərlik edir: Azərbaycan-Bolqarıstan birgə müəssisəsi "Azbol" (VÖEN 1600387231) və "Aqroinkişaf" MMC (VÖEN 1800003871).

Maraqlıdır ki, bu şirkətlərin fəaliyyət növü barədə məlumat verilmir.

Qeyd edək ki, Elxan Süleymanov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, parlamentə 85 saylı Şamaxı seçki dairəsindən seçilib. Uzun illər AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olub və bir il əvvəl bu heyətdən çıxarılıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...