Deputatın rəis oğlunun yeri dəyişdirildi, güllələnən rəis müavini isə təqaüdə göndərildi

Deputatın rəis oğlunun yeri dəyişdirildi, güllələnən rəis müavini isə təqaüdə göndərildi

 Daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Suraxanı rayon Polis İdarəsinin əməliyat işləri üzrə rəis müavini Akif Nəzərli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
 
Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi Samir Qurbanov öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib.
 
Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov tutduğu vəzifədən azad edilərək 33-cü Polis Bölməsinin rəisi, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəisi Eldar Qazıbəyov tutduğu vəzifədən azad edilərək 30-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
 
E.Qazıbəyovun yerinə hələlik təyinat yoxdur.
 
Qeyd edək ki, təqaüdə göndərilən A.Nəzərli 2014-cü ilin fevralında yaşadığı evin qarşısında əvvəllər məhkum olunmuş Gülağa Lətifov tərəfindən güllələnib. Uzun müddət müalicə alan rəis müavini işə qayıtdıqdan bir il sonra təqaüdə göndərilib.
 
33-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alan Tuncay Abbasov isə deputat Aqil Abbasın oğludur.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...