Deputatın qardaşı bütün pulları götürərək ölkədən gedib – Yeni detallar

Deputatın qardaşı bütün pulları götürərək ölkədən gedib – Yeni detallar
Millət vəkili Rafael Cəbrayılovun külli miqdarda borcunun yaranması qardaşı Elşən Cəbrayılovun Türkiyədə tikinti biznesi qurması ilə bağlıdır.

Bu barədə məlumatı Yenisabah.az-a Rafael Cəbrayılovdan şikayətçi olanlardan biri verib. Adının açıqlanmasını istəməyən şikayətçi bildirib ki, Elşən Cəbrayılov Türkiyənin İstanbul şəhərində Bəydüzü adlanan ərazidə hündürmərtəbəli binalar tikir.

Məlumatda deyilir ki, tikinti biznesinə yatırılan pullar Azərbaycandan ayrı-ayrı vətəndaşlardan alınan borclar və banklardan götürülən kreditlərdir. Elşən Cəbrayılovun Türkiyədə işlərinin necə getdiyi barədə dəqiq məlumat yoxdur. Lakin iddialara görə, Rafael Cəbrayılov borclularla danışarkən qardaşını ittiham edirmiş. Bildirimiş ki, bu oyunları onun başına qardaşı açıb.

Rafael Cəbrayılovla bağlı borc qalmaqalı bir həftədən artıqdır davam edir. "Yeni Sabah” dəfələrlə deputatla əlaqə saxlamağa cəhd etsə də, onun telefonu qapalı olub. Ümumiyyətlə, müşahidələr göstərir ki, deputat bu məsələ barədə danışmağa həvəsli deyil. Çünki Rafael Cəbrayılovla təmas qurmağa nail olan media quruluşları da onunla məsələ barədə müfəssəl danışa bilməyiblər. Rafael Cəbrayılov ilk açıqlamasında "susuram” deyərək heç nə danışmamışdı, dünən isə "Real TV”yə "mətbuat konfransı keçirəcəm” deyib.

Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan toplam 840 min ABŞ dolları (Təranə Fətəliyeva 300 min, Xatirə Nəcəfova 300 min, Yusif Orucov 240 min) məbləğində pul alıb. Bu pullar deputata Binəqədidə inşa etdiyi binalardan mənzil alınması üçün verilib. Lakin indiyə həmin şəxslərə nə mənzil verilib, nə də pulları geri qaytarılıb. Rafael Cəbrayılovu ictimai hədəfə gətirən təkcə külli miqdarda borcu olması deyil. Məsələ burasındadır ki, o, bu pulları qaytaracağına əminlik yaratmaq III və IV çağırış deputat vəsiqələrini girov qoyub.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...