Dünya

Deputatın ölkədən çıxışına qadağa qoyuldu – Onu 22 il həbs gözləyir

Deputatın ölkədən çıxışına qadağa qoyuldu – Onu 22 il həbs gözləyir
CHP-nin İstanbuldan seçilmiş deputatı Ərən Ərdəmin Türkiyədən çıxışına qadağa qoyulub.

Sfera.az xəbər verir ki, bu barədə deputat öz "Twitter” səhifəsində məlumat verib. Almaniyaya uçmaq üçün aeroporta gələn deputat qadağa ilə üzləşib. Lakin onun arvadı və uşaqlarına ölkəni tərk etmək icazəsi verilib.
 
Prokurorluğun deputat haqqında 22 il həbs istəyi ilə iddianamə təqdim etdiyi bu üzdən çıxışına qadağa qoyulduğu bildirilir.

Qeyd edək ki, CHP-li deputat FETÖ terror təşkilatına maddi yardım etməkdə ittiham olunur.
 
Rəsul
Sfera.az
AdRiver

XƏBƏR LENTİ