Hadİsə

Deputatın “Kamaz”ı xəndəyə düşdü - Foto

Deputatın “Kamaz”ı xəndəyə düşdü - Foto
"Azərqarartikinti” ATSC-yə məxsus "Kamaz” Gəncə şəhərində qazılmış yola düşüb.

"Kamaz” şəhərin Nəriman Nərimanov küçəsində su-kanalzasiya xəttinin çəkilişi üçün beton piltələr gətirərkən qazılmış xəndəyə düşüb. Hadisə nəticəsində xəsarət alan sürücünü xəstəxanaya aparıblar.

Qeyd edək ki,  Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində respublikanın ikinci böyük şəhəri Gəncədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi həyata keçirilir.

Bu layihənin icrası üçün isə tenderin qalibi  "Azəraqrartikinti” ATSC-dir. Qeyd edə ki ki, bu qurumun rəhbəri Ağalar Vəliyev həm də Milli Məclisin üzvüdür.

Gununsesi.org

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031