Deputatın başı dərddə: villası satışa qoyuldu, oğlu isə...

Deputatın başı dərddə: villası satışa qoyuldu, oğlu isə...
Bakı Apellyasiya Məhkəməsində Türkiyənin Azərbaycanda fəaliyyət göstərən ÖZ-AK Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin Samir Kazımlıya qarşı apellyasiya şikayəti ilə bağlı qərar açıqlanıb.

Report.az xəbər verir ki, hakim Raqib Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətin apellyasiya şikayəti təmin edilməyib. Eyni zamanda Samir Kazımlının da apellyasiya şikayəti təmin olunmayıb. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamələr dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ÖZ-AK Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkəti S.Kazımılını məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinə müraciət edən şirkət vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edib. S.Kazımlı da məhkəmədə zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmə qətnamə çıxararaq, ilkin iddianı (şirkətin) qismən təmin edib, qarşılıqlı iddianı (S.Kazımlının) isə rədd edib.

Daha sonra iddiaçı və cavabdeh tərəf ayrı-ayrılıqda apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, S.Kazımlı Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğludur. Millət vəkilinin digər oğlu Fəxri Kazımov isə "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun İdarə Heyətinin sədridir.

Məlumata görə, 2016-cı il noyabrın 2-də deputata məxsus ev ilkin satış qiyməti 700 min manat olmaqla Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən hərraca çıxarılıb.

Xatırladaq ki, bir müddət öncı X.Kazımlının Yapı Kredi Bank Azərbaycan QSC-yə borc müqabilində girov qoyduğu Novxanıdakı villası əlindən alınıb və müdiri olduğu Azərbaycan Dövlət İqtisad Universitetinin qiymət və qiymətləndirmə kafedrası bağlanıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...