Deputatdan Elman Rüstəmova irad: \"Bank sistemi dağılır

Deputatdan Elman Rüstəmova irad: \
"Qanuna dəyişikliklər edilərək Dövlət Neft Fondundan büdcəyə transferin həcminin yuxarı həddi müəyyən edilməlidir”.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Vahid Əhmədov deyib. Deputat AMB sədrinin pul qıtlığının olmaması ilə bağlı fikirlərinə də münasibət bildirərək etiraz edib.


Onun sözlərinə görə, son bir il ərzində 3,7 mlrd. manat dövriyyədən çıxıb: "Ölkədə inkişaf pul kütləsi hesabına olmalıdır. Pul kütləsinin kifayət qədər olmaması hesabına 2017-ci ildə iqtisadi geriləmə baş qeydə alınır”. V.Əhmədov vurğulayıb ki, bank sistemində problem ölkənin əsas problemidir: "Azərbaycanda bank sistemi dağılır”.


Deputat həmçinin bildirib ki, qiymət məsələsində dövlətin xüsusi strateji yol xəritəsi olmalıdır: "Qiymətlərin belə artması şəraitində əmək haqları nə qədər artsa da, insanların həyat şəraitini yaxşılaşdırmaq mümkün olmayacaq. Azərbaycanda qiymət siyasəti yoxdur. Qiymətlər niyə qalxır? Səbəbi nədir? Milli valyutanın məzənnəsi dəyişmir. İxrac idaxlı üstələyir. Qiymətlərin sürətlə dəyişməsinin bazası olmalıdır. Daxildəki inflyasiyanın kim yaradır? Niyə qiymətlər gün-gündən qalxır? Gömrük rüsumu aşağı salınsa da, yağın qiyməti aşağı düşmədi, 18-24 manat arasında dəyişir. Bu, sadəcə bir nümunədir. Bütün qiymətlərdə eyni vəziyyətdir. ƏDV-ni differensiallaşdırmaq lazımdır. Xaricdən gələn bütün mallara eyni vergi qoyulmamalıdır”.
 
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...